Tailand kralı vəfat etdi

Tailand kralı vəfat etdi
16:49 13 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

 

Tailand kralı Bhumibol Adulyadej 70 illik hökmranlıqdan sonra vəfat edib.
 
Lent.az-ın Guardian-a istinadən məlumatına görə, kral 88 yaşında uzun müddətdir müalicə aldığı Banqkokdakı Siriraj xəstəxanasında dünyasını dəyişib.
 
Mərhum kral saksafonda ifa etməyi və cazı çox sevirdi. Hər zaman da ağ-qara fotolar çəkdirməyə üstünlük verərdi. İnsanlar da bunu onun sadə həyatı ilə əlaqələndirirdilər.
 
 
Xatırladaq ki, keçən həftə qızı - şahzadə Çulabhorn milli telekanalın efirində atasının sağlamlığının qaydasında olmadığını demişdi.
 
Qeyd edək ki, ABŞ-ın məşhur “Forbes” jurnalı 2008-ci ildə dünyanın ən zəngin krallarının siyahısını açıqlamışdı. Bu sırada ilk yeri 35 milyard dollarlıq sərvəti ilə Tailandın kralıı Bhumibol Adulyadej tutub.
 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR