Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib

Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib

Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (26 Mart 2017 15:45)
Abel Məhərrəmovun oğlu etimadnaməsini Ollanda təqdim etdi - FOTO (07 Mart 2017 11:22)
Azərbaycan səfiri etimadnaməsini Fransua Ollanda təqdim edib (07 Mart 2017 10:37)

Tarix: 13 Oktyabr 2016 16:52

Kişineu. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin prezidenti Nikolae Timoftiyə etimadnaməsini təqdim edib. 
"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfir Q.Osmanov Prezident sarayında bununla əlaqədar təşkil edilən mərasimdə iştirak edib. 
Görüş zamanı Azərbaycan-Moldova münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 
N.Timofti Q.Osmanovu Moldovaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.





Teqlər:  Qüdsi Osmanov etimadnaməsini Moldova prezidentinə təqdim edib



RƏYLƏR


Top xəbərlər