ABŞ-ın raketlərinə qarşı addım atılacaq - KTMT

ABŞ-ın raketlərinə qarşı addım atılacaq - KTMT
16:57 13 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ABŞ və NATO-nun raketdən müdafiə sistemlərini öz təhlükəsizliyi üçün təhdid hesab edir və buna qarşı addımlar atacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "İnterfaks" agentliyinə açıqlamasında Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev söyləyib. Onun sözlərinə görə, artıq bununla bağlı maddə KTMT-nin 2025-ci ilə qədər olan kollektiv təhlükəsizlik strategiyasına daxil edilib və prezidentlərin 14 oktyabr İrəvan görüşündə təsdiq ediləcək:
 
"ABŞ bu sistemlərin yerləşdirilməsini bizimlə razılaşdırmağı doğru hesab etmir. Əvvəllər Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi İranın nüvə təhdidi ilə əlaqələndirilirdi. İndi biz görürük ki, belə bir təhdid yoxdur".
 
Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR