Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov Türkiyənin yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Türkiyənin yeni səfirini qəbul edib

Date: 13 October 2016 17:02

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib.
"Report"un məlumatına görə, nazir Elmar Məmmədyarov Erkan Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresində iştirakı və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü xüsusilə qeyd olunub.
Erkan Özoral iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyəti qeyd olunaraq, TANAP layihəsi üzrə işlərin uğurla davam etməsindən məmnunluq ifadə olunub. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə tamamlanacağı vurğulanıb.
Səfir Erkan Özoral iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Elmar Məmmədyarov və Erkan Özoral həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Tags:  Elmar Məmmədyarov Türkiyənin yeni səfirini qəbul edib


RƏYLƏR


Top news