Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hülusi Kılıç Moldova dövlət başçısının qəbuluna Azərbaycan Prezidentinin təqdim etdiyi orden ilə gedib

Hülusi Kılıç Moldova dövlət başçısının qəbuluna Azərbaycan Prezidentinin təqdim etdiyi orden ilə gedib

Moldova Milli Bankının keçmiş sədri həbs edilib (04 Mart 2017 17:47)
Azərbaycan Prezidenti Pakistana səfərə gedib (28 Fevral 2017 14:42)
Moldova prezidenti İqor Dodon hökuməti Kişineuda NATO-nun ofsini açmamağa çağırıb (21 Fevral 2017 17:12)

Tarix: 13 Oktyabr 2016 17:17

Kişineu. 13 oktyabr. REPORT.AZ/ Türkiyənin Moldovaya yeni təyin olunmuş səfiri Hülusi Kılıç etimadnaməsini Moldova prezidenti Nikolae Timoftiyə təqdim edib.
"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu münasibətlə Prezident Sarayında rəsmi mərasim təşkil edilib.
Türkiyə səfiri Hülusi Kılıç mərasimə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ona təqdim etdiyi "Dostluq" ordeni ilə gəlib.
Qeyd edək ki, H.Kılıç 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. O, 2012-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.




Teqlər:  Hülusi Kılıç Moldova dövlət başçısının qəbuluna Azərbaycan Prezidentinin təqdim etdiyi orden gedib



RƏYLƏR


Top xəbərlər