Onu zorlamaq istəyən qayınatanı öldürən gəlinə ər inanmadı - FOTO

Onu zorlamaq istəyən qayınatanı öldürən gəlinə ər inanmadı - FOTO
17:17 13 Oktyabr 2016
1022 Dünya
Ölkə mətbuatı
A- A+

Bursada ona "göz qoyan" qayınatasını öldürən qadının istintaq əməliyyatı davam etdirilir.

Milli.Az milliyet-ə istinadən bildirir ki, 2 ay idi ki evlənən cütlüklə bir evdə yaşayan 58 yaşlı qayınatanın cəsədi yaşadıqları mənzilin üçüncü mərtəbəsində çılpaq halda aşkar edilib. Kürək və sinə nahiyəsinə 11 bıçaq zərbəsi vurulduğu təsbit edilən təqaüdçü Çətin B. -ni ailəyə yenicə gəlin köçən Məryəm B. tərəfindən öldürüldüyü iddia edilir.

Barəsində "qəsdən adam öldürmək" maddəsi ilə ömürlük həbs cəzası tələbiylə iddia açılan Məryəm B. ifadəsində "Hadisə günü nahar etdik. Yoldaşım Ş.B. saat 15.00-də işə getdi. Axşam saatlarında evdə kimsə olmadığı vaxtda duşa girdim. İşıqlar söndü. Paltarlarımı geyərək çıxdım. İçəridən tıqqıltı səsləri gəlirdi. Kim var deyə səsləndim. Səs gəlmədi. Qayınatam məni saçımdan tutaraq sürüməyə başladı. Zorla mənimlə olmaq istəyirdi. Əlindən qurtulmaq istəsəm də, məndən yapışıb mətbəxə apardı. Məni yerə yıxıb üzərimə uzanmaq istədi. Bu an əlimə bıçaq keçdi. Qaranlıqda əlimə keçirdiyim bıçaqla necə oldusa onu vurmağa başladım. Şokda idim. Özümü evdən çölə atdım. Qışqırdım, amma kimsə səsimə çıxmadı. Yenidən içəriyə girdim" deyib.

Səlcuq B. həyat yoldaşının işıqlar söndükdən sonra ona zəng edərək nə dediyini belə ifadə edib: "Həyat yoldaşım, "qorxuram, atana da zəng çatmır" dedi. Saat 23:30 radələrində isə polisi zəng edərək atamın yaralandığını və təcili yardım gəldiyini söylədi. Evə gəldiyimdə hadisəni öyrəndim. Şikayətçiyəm".

Təhməz Təkin
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR