Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən ay əhali sektoru üzrə 9,6 min abonent qazla təmin olunub

Ötən ay əhali sektoru üzrə 9,6 min abonent qazla təmin olunub

Date: 13 October 2016 17:22

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində Azərbyacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 556 yeni abonent qeydiyyata alınıb.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun da 2 974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6 582-si isə regionların payına düşüb.Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb. 
Oktyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Tags:  Ötən ay əhali sektoru üzrə min abonent qazla təmin olunub

RƏYLƏR


Top news