Azərbaycan kənd təsərrüfatı nazirinin sakinlərlə görüş tarixi dəyişdirilib

Azərbaycan kənd təsərrüfatı nazirinin sakinlərlə görüş tarixi dəyişdirilib
17:22 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədovun oktyabrın 28-də Zərdab rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.
Nazirlikdən "Report"a verilən məlumata əsasən, H.Əsədovun rayon sakinlərinin qəbul günü oktyabrın 21-nə təyin olunub.
Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-kend-teserrufati-nazirinin-sakinlerle-gorus-tarixi-deyisdirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR