Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aİ rəsmisi: "Aİ Azərbaycanla dialoqun davam etdirilməsinə ümid edir"

Aİ rəsmisi: "Aİ Azərbaycanla dialoqun davam etdirilməsinə ümid edir"

Date: 13 October 2016 17:27

Bu gün Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında ticarət və iqtisadi məsələlər üzrə alt komitələrin 3 iclası keçirilib, 4-cü iclas isə sabahdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu iclaslar azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparmağa imkan verir.

Diplomat qeyd edib ki, tərəflər alt komitələr çərçivəsində dialoqu bərpa ediblər: "Mən əminəm ki, müxtəlif sahələrdə konkret nəticələr əldə edəcəyik. İlin sonuna qədər energetika üzrə alt komitənin iclasının keçirilməsinə ümid edirik".

Avropa İttifaqı və Azərbaycan arasında danışıqların aparılması üçün yeni hüquqi çərçivələrə gəlincə, xanım M.Mardın sözlərinə görə, bunun üçün Aİ-nin bütün üzv ölkələrinin qərarı gözlənilir: "Bundan sonra yaxın vaxtlarda danışıqlara başlamaq olar. Danışıqlar Brüsseldə davam etdiriləcək".

Milli.Az


Tags:  rəsmisi Azərbaycanla dialoqun davam etdirilməsinə ümid edir

RƏYLƏR


Top news