Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Date: 13 October 2016 17:29

Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

 

Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.

 

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.  

 

Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 


Tags:  Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı


RƏYLƏR


Top news