Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Maradona yoldaşlıq oyununda Veronla münaqişə edib

Maradona yoldaşlıq oyununda Veronla münaqişə edib

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün bütün xərclərini qarşı tərəf ödəyib (09 Mart 2017 13:47)
Maradona FİFA-da işləyəcək - RƏSMİ (15 Fevral 2017 21:58)
Maradonanın Sevgililər Günü - FOTO (14 Fevral 2017 15:27)

Tarix: 13 Oktyabr 2016 17:32

Bakı. 13 oktyabr. REPORT.AZ/ Katoliklərin ruhani lideri Papa Fransiskin istəyi ilə İtaliyanın paytaxtı Romada keçirilən yoldaşlıq oyununda insident yaşanıb. "Report"un məlumatına görə, münaqişə əfsanəvi argentinalı futbolçu Dieqo Maradona və həmyerlisi Sebastian Veron arasında yaşanıb.
Oyunun ilk hissəsi başa çatandan sonra Maradona Verona tərəf gedərək əsəbi şəkildə danışmağa başlayıb. İki sabiq futbolçunun əsəbi olduğunu görən mühafizə xidmətinin əməkdaşları Maradonanı sakitləşdirməyə çalışıb və onu paltardəyişmə otağına aparıb. 80 dəqiqə davam edən matçın ardından tərəflər münaqişə ilə bağlı danışmaq istəməyiblər.
"La Gazzetta dello Sport" Maradonanın Verona ispanca təhqiredici ifadələr söylədiyini iddia edib. Argentinalı jurnalistlər isə Maradonanın Veronu bu oyunda görmək istəmədiyini bildirib.
Qeyd edək ki, bu Maradonanın yoldaşlıq görüşlərində yaşadığı ilk insident deyil. O, 2 il əvvəl Roma Papasının təşkil etdiyi oyunda həmyerlisi Mauro İkardi ilə mübahisə edib. Bundan başqa Kolumbiyada təşkil olunan daha bir oyunda onu çəkən operatorlara sərt reaksiya verib və mühafizə xidmətinin əməkdaşını təpikləyib.

Teqlər:  Maradona yoldaşlıq oyununda Veronla münaqişə edib



RƏYLƏR


Top xəbərlər