Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda güclü yağışlar zamanı qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb

Lənkəranda güclü yağışlar zamanı qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb

Date: 13 October 2016 17:32

Lənkəran. 13 oktyabr. REPORt.AZ/ Lənkəranda yağan intensiv yağışlardan sonraqəzalı vəziyyətə düşən körpüdə təmir işlərinə başlanılıb.
"Report"un Cənub bürosu xəbər verir ki, ötən gün rayonu ərazisində yağan intensiv yağıntı çaylarda suyun səviyyəsinin artması, kiçik çay və kollektorların daşması ilə nəticələnib. Rayon ərazisində Girdəni çayı üzərindəki körpüdə qəzalı vəziyyət yaranıb.
Belə ki, körpünün piyada keçidi hissəsi çöküb. Buna səbəb körpünün bir tərəfində torpaq qatını sel suları yuyaraq çökməyə səbəb olub. .
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini Möhübbət Babayev bildirib ki, yolda nəqliyyatın intensivliyi nəzərə alınaraq təcili tədbirlər görülüb: "Yol - istismar idarəsinin təmir briqadası körpünün mühafizə bəndində möhkəmləndirmə işləri apararaq, həmin hissəyə beton plitələr düzüblər. Bu barədə İcra Hakimiyyəti tərəfindən "Azəravtoyol" ASC -nin rəhbərliyinə məktubla müraciət edilib. Yaxın günlərdə körpünün tam təmir olunacağı söylənilib."
Qeyd edək ki, körpüdə nəqliyyatın hərəkəti dayanmayıb. Yalnız, körpünün piyada keçidi hissəsində hərəkət qadağan olunub. 







Tags:  Lənkəranda güclü yağışlar zamanı qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb

RƏYLƏR


Top news