Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Taylar kralla vidalaşır: ölkədə matəmdir - FOTO

Taylar kralla vidalaşır: ölkədə matəmdir - FOTO

Date: 13 October 2016 17:37

Taylandın kralı, 89 yaşlı Phumipon Adulyadet vəfat edib.

Phumipon Adulyadet 1946-cı ildə taxta çıxıb. Tayland sakinləri onu mürəkkəb siyasi tarixə malik ölkənin milli vəhdət simvolu hesab edirdilər. Hakimiyyət səlahiyyətləri olmasa da, kral dəfələrlə ölkədəki ağır siyasi münaqişələrin çözülməsində iştirak edib. 1990-cı illərdə Taylandın demokratikləşdirilməsində kralın çox böyük rolu olub.

Mərhum kralın oğlu, varis şahzadə Maha Vaçiralonqkorn olacaq.

64 yaşlı şahzadə mərhum kral Pxhmipona Adulyadetin yeganə oğludur.

Baş nazir Prayut Çan-Çanın dediyinə görə, Vaçiralonqkorn 1935-ci ildən bəri ölkə ərazisində doğulmuş ilk kral olacaq.

Maha Vaçiralonqkorn 1952-ci ilin iyulun 28-də Banqkokda anadan olub. 1976-cı ildə o, Kral Hərbi Kollecini başa vurandan sonra Avstraliyanın Kanberra şəhərindəki hərbi akademiyada oxuyub, hərbi pilot diplomu alıb.

Kralın vəfatı ilə bağlı Taylandda matəm elan olunub. Paytaxt Banqkokda yüz minlərlə tay küçələrə çıxaraq matəm aksiyalarına qatılıblar.

Milli.Az


Tags:  Taylar kralla vidalaşır ölkədə matəmdir FOTO

RƏYLƏR


Top news