UEFA-nın Klubların Lisenziyalaşdırılması şöbəsinin rəhbəri Bakıya səfərə gəlib

UEFA-nın Klubların Lisenziyalaşdırılması şöbəsinin rəhbəri Bakıya səfərə gəlib
17:42 13 Oktyabr 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.
Daha sonra A.Traverso baş katib və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə "Neftçi", "Qəbələ", "İnter", və "Qarabağ" klublarının rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.
A.Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.














Xəbərin orijinal ünvanı: http://report.az/futbol/uefa-nin-klublarin-lisenziyalasdirilmasi-sobesinin-rehberi-bakiya-sefere-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR