Zal Yusifovun atasından Prezidentə şikayət edildi - MƏTN

Zal Yusifovun atasından Prezidentə şikayət edildi - MƏTN
17:43 13 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Evlililik verilişlərinin hamısı bağlanacaq - 120 min şikayət (16 Mart 2017 12:54)

“Texnikabank” ASC Baki filialının sabiq müdiri Zal Yusifovun dələduzluq əməlindən zərərçəkmişlər Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıblar.


Zərərçəkmişlər müraciətin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndəriblər.

Müraciətdə deyilir ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmündə Zal Zakir oğlu Yusifova məxsus olan əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi öz əksini tapıb.

Bu hökmdən maraqlı şəxs Zal Yusifovun atası Zakir İslam oğlu Yusifovun Bakı Apelyasiya Məhkəməsi cinayət kollegiyasında mülki iddiaya aid hissədə verdiyi apelyasiya şikayətinə baxılıb: “Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb, qərar elan edildiyi andan qanuni qüvvəyə minib”.

Şikayətçilərin sözlərinə görə, Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib: “Bir müddət sonra o, şikayətini geri götürməklə ziyanın ödənilməsinə yönəldilmiş əmlakın auksionda satışı və ziyan çəkmiş şəxslərə verilməsi süni surətdə gecikdirilib. Zakir Yusifov yenə 6 ay ərzində 2-ci dəfə Ali Məhkəməyə kasasiya şikayəti verib və 5 oktyabr 2016-cı il tarixinə bu iş üzrə məhkəmə təyin edilib.

Həmin gün Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədrliyi ilə məhkəmə dinləməsi keçirilib. Hakim zərərçəkmişlərin 8 ildən çox çəkdikləri maddi və mənəvi əziyyəti nəzərə almadan elan edib ki, Zakir Yusifov kasasiya şikayətini geri götürüb. Bununla əlaqədar olaraq hakim İlqar Hüseynov məhkəmə dinləməsini baxılmamış saxlayıb”.

Zərərçəkmişlər daha sonra şikayətlərində Zakir Yusifovun əməllərinin qanunsuz olduğunu və onların hüquqlarının pozulduğunu qeyd ediblər: “Biz zərərçəkmişlər başa düşə bilmirik ki, hakim Zakir Yusifovun hansı səbəbdən və niyə görə 2 dəfə kasasiya şikayəti verdiyini, məhkəmə vaxtına az qalmış kasasiya şikayətini geri götürülməsi səbəblərini araşdırmadan belə bir qanunsuz qərar qəbul edib”.

Daha sonra zərərçəkmişlər Prezident İlham Əliyevdən belə xahiş ediblər: “Biz zərərçəkmiş vətəndaşlar Sizdən xahiş edirik ki, 8 ildən çox məhkəmələrdə çəkdiyimiz mənəvi əziyyəti və maddi vəziyyətimizin ağır olmasını nəzərə alaraq yekun qərar çıxarılmasına bizə köməklik edəsiniz”.

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət edib.

Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.

O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.

İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.

Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına verilib.

Bu dəfə şikayətə baxılması oktyabrın 5-nə təyin edilib. Həmin gün Zakir Yusifov heç bir səbəb göstərmədən şikayətini geri götürüb. Bu səbəbdən kasasiya şikayəti baxılmamış saxlanılıb. (Teleqraf.com)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42

Dünyanın ən gözəl qadını kimdir?

23 Aprel 2017 22:41

"Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 22:37

Serialın baş qəhrəmanını bir də belə görün - FOTO

23 Aprel 2017 22:32

"Fənərbaxça" "Qalatasaray"ı belə məğlub etdi

23 Aprel 2017 22:29

Partlayışda ölən ATƏT əməkdaşının adı açıqlandı

23 Aprel 2017 22:28

Statistika Komitəsi həyəcan təbili çaldı: QIZLARI ÖLDÜRÜRLƏR

23 Aprel 2017 22:18

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Mingəçevirə yetişib - FOTO

23 Aprel 2017 22:17

Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub

23 Aprel 2017 22:12