“Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, bununla belə Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək.
Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur.