Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavid Qurbanov: "Səsimə səs verən olmadı..."

Cavid Qurbanov: "Səsimə səs verən olmadı..."

Date: 13 October 2016 17:47

Azərbaycan istehsalçıları dəmir yolu üçün ehtiyat hissələri və digər detalların istehsalı məsələsində daha fəal olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov dəmiryolçuların peşə bayramına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanda heç bir dəmir yolu hissəsi istehsal olunmur: "Biz hər bir şeyi xaricdən alırıq, istehsal edəcək bir şeyimiz yoxdur. Gələcəkdə yerli zavodlarda belə məhsullar istehsal oluna bilər. Biz bu imkanları nəzərdən keçirməliyik. Bu mənada istehsalçılarımız da aktiv olmalıdır. Hazırda bizim istifadə etdiyimiz hissələrin əksəriyyəti Rusiya istehsalıdır. Lakin o hissələri Azərbaycanda da istehsal etmək olar. Təəssüflər olsun ki, bu barədə heç kim düşünməyib".

C.Qurbanov qeyd edib ki, şəxsən dəfələrlə yerli istehsalçılara müraciət edərək bəzi hissələrin Azərbaycanda istehsal olunmasını təklif edib: "Amma mənim səsimə səs verən olmadı. Bizdə elə bir zavod yoxdur ki, lövbər, elektrovoz motoru və sair hissələri istehsal etsin. Daxili bazarda istehsal olunan bəzi hissələr isə ya keyfiyyətsiz, ya çox baha olur, ya da bizə uyğun olmur".

Milli.Az


Tags:  Cavid Qurbanov Səsimə səs verən olmadı

RƏYLƏR


Top news