UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsiçərçivəsində keçiriləcək “Dinamo” (Moskva, Rusiya) - “Qəbələ”ə matçının hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, Rusiyada keçiriləcək cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.
Oktyabrın 19-da baş tutacaq görüşün baş hakimi Dimitru Muntian olacaq. Onun köməkçiləri isə həmyerliləri Vyaçeslav Sivaçev və Anatoli Basyuk olacaq. Oyunun dördüncü hakimi funksiyasını rusiyalı Yuri Baskakov yerinə yetirəcək.
Fanat.Az