Bakı. 13 oktyabr. REPORT.AZ/ Maldiv adaları hökuməti Böyük Britaniya və onun keçmiş koloniyalarının çoxunun daxil olduğu Britaniya Millətlər Birliyini tərk etmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Sənəddə vurğulanıb ki, bu qərara səbəb Millətlər Birliyinin Maldiv adalarının ölkədə demokratiya mədəniyyətinin inkişafında, eləcə də demokratik təsisatların yaradılması və möhkəmlənməsində əldə etdiyi nailiyyətləri tanımamasıdır.