5 dəfə evlənən, amma hələ də subay olan, SEVİŞMƏKDƏN DOYMAYAN MƏŞHURUN BAKI SƏRGÜZƏŞTLƏRİ - FOTO/VİDEO

5 dəfə evlənən, amma hələ də subay olan, SEVİŞMƏKDƏN DOYMAYAN MƏŞHURUN BAKI SƏRGÜZƏŞTLƏRİ - FOTO/VİDEO
18:08 13 Oktyabr 2016
158 Digər
Ölkə mətbuatı
A- A+

Natavan Həbibinin nişanından görüntülər... (24 İyun 2017 10:52)
Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI (15 İyun 2017 19:32)
Əməkdar artist etiraf etdi: “Qanuni evli deyiləm, amma...” (04 İyun 2017 11:09)

O, bir zamanlar nəinki qərb, hətta şərq yarımkürəsinin də kino ulduzuna çevrilmişdi. Ötən əsrin 60-80-ci illərinin məşhur siması olan Alen Delonun ayrı-ayrı filmlərdə oynadığı rollar, yaratdığı obrazlar dünyanın əksər ölkələrində böyük maraqla qarşılanır, aktyoru günbəgün daha da məşhurlaşdırırdı. Təbii ki, bu, başqalarının, rejissorların, ssenari müəlliflərin yaratdıqları mənfi və müsbət obrazların maraqlı həyatı idi. Onları uğurla canlandırmış Alen Delonun da şəxsi həyatının maraqlı xüsusiyyətləri mövcuddur.

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində aktyorun həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Ata-analı “yetim”, ət satıcısı

1935-ci ilin noyabrında Paris yaxınlığındakı O-de-Sen departamentində dünyaya gəlmiş Alen Fabien Maurisin (Delon) atası Fabyen “Rejin” adlı şəxsi kinozalın rəhbəri, ixtisasca əczaçı olan anası Edit Arnold isə orada nəzarətçi işləyirdi. Gələcək ulduzun hələ 3 yaşı tamam olmamışdı ki, ata-anası boşandı.

Bundan az sonra Alenin anası kolbasa dükanın sahibinə ərə getdi. Qadın ərinin mağazasında işləməyə başladığından onun azyaşlı övladına ayırmağa vaxtı yox idi. Aleni başqa ailəyə verməyə qərara aldılar. Fren həbsxanasının yaxınlığındakı kiçik evdə yaşayan Nero ailəsi bir neçə il Alenin sevimli məkanına çevrildi. Aktyor indi də həmin illərin yaddaşında xoş xatirələrlə qaldığını deyir: “Onlar mənlə olduqca səmimi davranırdılar”. Alenin bu ailədəki qayğısız illəri ərlə arvadın faciəvi ölümü günündə başa çatdı.

Tünd xasiyyət, ağır xarakter Alendə hələ erkən yaşlarında özünü büruzə verirdi. Gələcək aktyor məktəb illərində vaxtaşırı ayrı-ayrı məktəblərdən xaric edilirdi. Belə olduqda anası və ögey atası Alenin təhsil almaqda maraqlı olmadığını anladılar. Və ona kolbasaçı peşəsini öyrətməyə qərar verdilər. Alen də buna etiraz etmədi və bu sənəti öyrəndi. Bir qədər sonra ət mağazasında işləməyə başladı.

Yarımçıq hərbçi, işsiz gənc, ofisiant...

On yeddi yaşında olarkən Paris metrosunda gördüyü elan onun həyatını tamam dəyişdi. Pilot olmaq arzusuyla yaşayan Alen bəzi çətinliklərdən sonra 1953-cü ildə Parisdəki işini yarımçıq qoyaraq Hind-Çin müharibəsinə yollandı. Gələcəyin aktyoru dərhal cəbhəyə göndərilmir. Lakin bununla belə, hərb sənətinə məxsus çətinliklərlə qarşılaşır: ağır fiziki tapşırıqlar, fasiləsiz iş rejimi, idman onu yorur.

1953-cü ilin payızında o, rabitəçi kursuna göndərilir. Lakin Alen nizam-intizama əməl etmədiyindən tez-tez cəzalandırılır. Belə olduqda rəhbərlik onun qarşısında iki şərt qoyur: ya müqaviləni 2 illiyə uzadıb Hind-Çinə göndəriləcək, ya da silahlı qüvvələrdən xaric ediləcək. Gənc birinci variantı seçir. Lakin Sayqona göndərilən Alen burada da nizam-intizamı pozması ilə seçilir. Ordudan tərxis olunan Alen bir müddət pivəxanada ofisiant işləyir. Lakin özünün də dediyi kimi, administrator, böyük ofisiantlar tez-tez onun üstünə qışqırırdılar.

Təhqir olunması ilə əlaqədar pivəxanadan ayrılıb işsiz qalan pulsuz Alen bir müddət Parisin küçələrində gəzişir. Yeni dostlarının təklifi ilə fotolarını prodüserlərə göndərir. O, bununla yanaşı, müxtəlif sınaq çəkilişlərində iştirak edir. Gənc Alen çəkişilərin birində aktyor Jan Klod Brialla tanış olurlar. Bu tanışlıq onları yaxın dosta çevirir. Dostlar birlikdə Kann festivalına yollanırlar. Festivalda Alen amerikalı istedadlı aktyor Harri Uilsonun diqqətini cəlb etdi. Bu, o vaxtlar idi ki, dünyasını dəyişmiş Ceyms Dini əvəz etməyə yeni aktyor axtarırdılar. Uilson Delonu sınaq film çəkilişi üçün Romaya göndərir. Çəkilişlər uğurla nəticələnir və bununla gənc aktyor karyerasına doğru ilk addımını atır.

1957-ci ildə lentə alınan “Qadınlar işə qarışanda” filmi Alen Delonun çəkildiyi ilk film idi. Bundan sonra onu digər ekran əsərlərinə dəvət etdilər. “Gözəl ol və sus”, “Kristina”, “Zəif qadınlar”, “Rokki və onun qardaşları”, “Leopard”, “Siciliya klanı”, eləcə də çoxsaylı dram, kriminal, detektiv və triller janrlı filmlər onu tədricən məşhurlaşdırdı.

Dalina, Romi, Niko, Natali, Mirey, Rosali

Gənc və yaraşıqlı Delon filmlərdəki rolları ilə təkcə aktyor kimi məşhurlaşmadı. Yüzlərlə sevgi məktubu, evlilik təklifi alan aktyor “Kristina”nın çəkilişləri zamanı gənc, avstriyalı kinoaktrisa Romi Şnayderlə eşq macərasına başladı. Macəra Alen və Rominin evlənmələri ilə nəticələndi. Lakin evliliyin ömrü cəmi bir neçə il sürdü. Media bunun səbəbinin Delonun yeni eşq macərasına başlaması ilə əlaqədar olduğunu, bir sıra qəzetlər isə əksinə, Romi Şnayderlə əsaslandırdılar. Yeri gəlmişkən, Delon Romi ilə eşq macərasına başlamazdan az əvvəl Dalida adlı qadınla da sevişirdi.

Delonun şəxsi həyatı növbəti dəfə 1962-ci ildə medianın gündəminə gəldi. Müğənni, aktrisa Niko 1962-ci ildə dünyaya gətirdiyi övladının atasının Alen olduğunu iddia etdi. Aktyor Kristian Aaronun onun oğlu olması haqda qadının iddialarını qəbul etmədi.

Aktyorun növbəti eşq macərası 1964-cü ildə başladı. Avqustda o, Natali Bartellə dəbdəbəli toyunu etdi. Bu nikahdan onların hazırda aktyor kimi çalışan övladları Entoni dünyaya gəldi. Ancaq xasiyyətcə tünd Delonun bu evliliyinin də ömrü cəmi 4 il çəkdi.

Delonun yeni xoşbəxtlik axtarışı onun aktrisa Mirey Darkla yolunu birləşdirdi. 1968-ci ildə başlanan bu əlaqələr 15 il davam etdi. Lakin Delon bu qadından da ayrıldı.

1983-ci ildə aktyor tənha qaldı. Dörd il sonra 52 yaşlı aktyor özündən 31 yaş kiçik, 21 yaşlı holland manekeni Rosali van Bremenlə eşq macərasına başladı. Bu nikahdan Delonun daha 2 övladı dünyaya gəldi. Onlar 10 il birlikdə yaşadılar.

Qeyd edim ki, Fransa qanunvericiliyinə görə, kişi ilə qadının 10 il bir yerdə yaşaması rəsmi nikaha bərabərdir. Lakin günlərin birində Delon bu qadından da soyudu. Cütlük 1997-ci ildə boşandı. Rosali uşaqlarını da götürüb dostu Alenin Aflenin evinə üz tutdu və milyonerə ərə getdi.

1997-ci ildən subay qalmış aktyorun hazırda hansısa qadınla eşq macərası yaşayıb-yaşamaması məlum deyil. Məlum olan odur ki, Alen növbəti dəfə rəsmi şəkildə nikaha daxil olmaq istəmir. Yeri gəlmişkən, Delonun dünya gözəli Monika Belluçi ilə də səmimi münasibətlərini əks etdirən fotolar da var.

Aktyorun gizli sevgisi isə bu günə kimi müəmma olaraq qalır. O, jurnalistlərin “Kiminlə nahar etmək istərdiniz? sualına “Yalnız onunla” cavabını verib. Onun kim olduğunu isə heç kim bilmir.

Bakıda “donub” qalan Delon

Alen Delonla bağlı maraqlı faktlar bununla yekunlaşmır. Məsələ burasındadır ki, hazırda aktyorun ayrı-ayrı qadınlardan dünyaya gəlmiş bir neçə övladı onun sənətini davam etdirir. Onun ikili vətəndaşlığı (İsveçrə və Fransa) var.

O, gənc yaşlarında olduğu kimi indi də tənha yaşadığını deyir. Luar sahillərində bir neçə iti (onlardan ikisi general Lebedin bağışladığı ovçarkadır - A.T.) və Pupus adlı pişiyi ilə yaşayan aktyor ətriyyat istehsalı ilə məşğuldur. Bununla yanaşı, aviaşirkət rəhbəridir. Ayrı-ayrı qadınlardan dünyaya gəlmiş övladları ilə münasibətlərini qaydaya salmağa çalışan qoca jurnalistlərin “ən böyük uğurunuz nədir?” sualına qəribə cavab verib: “Mən yaxşı vetsina (qaxac edilmiş donuz əti və ya budu – A.T.) kəsə bilir və əla paştet hazırlayıram”.

Həyatı boyu saysız-hesabsız itlərlə dostluq etmiş aktyorla bağlı daha bir maraqlı məqam, Delonun ölmüş itləri öz həyətində basdırmasıdır. O, hətta Rusiya gəlişi zamanı jurnalistlərdən birinə verdiyi müsahibədə basdırdığı itlərin yanında dəfn edilməsi arzusunu da gizlətməyib.

Alen Delonun həyatından bəhs edərkən onun Bakıda üzləşdiyi maraqlı məqamı da xatırlatmaq istəyirəm. 1980-ci ildə lentə alınan “Tehran-43” filminin İrana aid olan hissəsi Bakıda lentə alındı. Rusiyanın xalq artisti İqor Kostolevskinin sözlərinə görə, filmin küçə səhnələri paytaxtımızda çəkilib: “O zaman Alen özü çəkiliş meydançasına çıxdı, hamı onun oynadığı rola canlı tamaşa etmək üçün küçəyə axışdı. Küçədə hər kəs Aleni izləyirdi. Biz özümüz də çəkiliş meydançasında dayanıb onu seyr edirdik.

Delonun olduğu səhnə çəkilişinə hazırlıq başlayanda qrim ustası Valentin Savelyev gözlənilmədən ənliyi (“pudra”nı) Delonun sifətinə sürtdü. Pərt olmuş aktyor yerində donub qalmış, qrim ustasının bu hərəkətinə təəccüblənmişdi.

Valentinin üstünə qışqırdılar: “Sən nə edirsən? Axı bu Delondur!” Valentin isə iradlara belə cavab verdi: “Onun sifəti parıldayır. Delonu filmə belə çəkmək olmaz axı”.

Aktyorla bağlı daha bir maraqlı fakt onun mediadakı özü barəsindəki şayiələri tez-tez alt-üst etməsidir. Fransa mətbuatı Alenlə digər kino ulduzu Jan Pol Belmando arasında gizli rəqabətin olduğunu, aktyorların bir-birlərini görməyə gözləri olmadığını tez-tez vurğulayırdı.

Bir dəfə Belmando xəstələnib yatağa düşdü. Onun yatdığı palatanın qapısını hamıdan birinci əlində gül olan Alen açdı...

Anar Tağıyev

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pakistanda yanğın qurbanlarının sayı artdı

26 İyun 2017 05:59

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 05:55

Tovuzda 29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 05:48

Xorvatiya dağlarında qara ev - FOTO

26 İyun 2017 05:32

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

26 İyun 2017 05:17

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 05:15

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -

26 İyun 2017 05:12

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57