Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fikrət Məmmədov polkovniklərə yeni vəzifə verdi

Fikrət Məmmədov polkovniklərə yeni vəzifə verdi

Date: 13 October 2016 18:12

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovniki Məhərrəm Qafarov Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Qafarov indiyə kimi həmin vəzifəni icra edib.
 
Bundan əlavə, nazirin əmri ilə ədliyyə polkovnik leytenantı Mirsaleh Seyidov Penitensiar Xidmətin Əməliyyat - Rejim İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Milli.Az


Tags:  Fikrət Məmmədov polkovniklərə yeni vəzifə verdi

RƏYLƏR


Top news