Körfəz Əməkdaşlıq Şurası Fəthullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı olaraq tanıyıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilat FETÖ ilə mübarizədə Ankaranı dəstəklədiyini açıqlayıb.
Körfəz Əməkdaşlıq Şurası Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən təşkil edilib. Türkiyə təşkilatla strateji ortaq mövqeyindədir.
Ömər Dağlı