Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT-nin yeni baş katibi seçildi

BMT-nin yeni baş katibi seçildi

Date: 13 October 2016 18:27

BMT-nin yeni baş katibi seçilib. APA-nın məlumatına görə, bu portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsini daşıyıb.  
O, həmçinin 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

Milli.Az


Tags:  BMT-nin yeni baş katibi seçildi

RƏYLƏR


Top news