40 ölkədən tanınmış simalar Bakıya toplaşacaq

40 ölkədən tanınmış simalar Bakıya toplaşacaq
18:31 13 Oktyabr 2016
46 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Axşam.az xəbər verir ki, iki ildən bir təşkil olunan beynəlxalq teatr forumuna bu dəfə 40 ölkədən 130-dək teatr xadiminin gələcəyi gözlənilir.

Konfransa Rusiyanın xalq artisti, “Sankt-Peterburq Opera” Dövlət Kamera Musiqisi Teatrının bədii rəhbəri Yuri Aleksandrov, litvalı aktrisa Violeta Podolskayte, türkiyəli tərcüməçi və aktyor Hakan Silahsızoğlu, Tatarıstan Respublikası Almetyevsk Tatar Dövlət Dram Teatrının direktoru Farida İsmagilova, Yunanıstanın Saloniki Universitetinin professoru Savvas Patsalidis və digər ölkələri təmsil edən tanınmış simalar qatılacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR