Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib

Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib
18:32 13 Oktyabr 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, BMT Baş Assambleyası oktyabrın 13-də təşkilatın yeni baş katibinin təyinatı məsələsinə baxıb və Antoniu Qutyerreşi bu posta təsdiqləyib.
O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-dən başlayacaq. 
Qeyd edək ki, ötən həftə Təhlükəsizlik Şurası Baş Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.
Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.
BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleyası tərəfindən təyin edilir.
Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.
A.Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/antoniu-qutyerres-bmt-nin-yeni-bas-katibi-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR