BMT-nin yeni baş katibi seçildi

BMT-nin yeni baş katibi seçildi
18:33 13 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT-nin yeni baş katibi seçilib.

Publika.az-ın məlumatına görə, yeni baş katib portuqaliyalı Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb.

O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

ABŞ və Rusiyanın "peşkaları": Nizamnaməsiz işləyən baş katiblər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR