Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vüsalədən kövrək sözlər: "Olmaya, sən də tənhalığa çəkilmisən?"

Vüsalədən kövrək sözlər: "Olmaya, sən də tənhalığa çəkilmisən?"

Date: 13 October 2016 18:37

Tanınmış aparıcı Vüsalə Əlizadə yağışlı payız günündə duyğulanıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, cazibədar aparıcı dənizi seyr edərkən, çəkdirdiyi romantik fotosunu İnstaqram səhifəsində paylaşıb və hislərini belə ifadə edib:

"Hanı sənin köpüklənən, mirvari dənələri kimi parıldayan ləpələrin? Hanı sənin tufanlar qoparan, qayalara çırpılan sərt dalğaların? Hanı bəzən ayrılıq, bəzən də sevgi tablosu yaradan hüznlü görkəmin? Olmaya, sən də tənhalığa çəkilmisən?"

Qeyd edək ki, V.Əlizadənin keçmiş həyat yoldaşı, aparıcı Azər İsmayılov bugünlərdə özünə toy çaldırıb, ailə həyatı qurub. Ayrılan cütlüyün Dilək adlı bir qızı var.

Milli.Az


Tags:  Vüsalədən kövrək sözlər Olmaya sən tənhalığa çəkilmisən

RƏYLƏR


Top news