Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yığmamız rus məşqçiləri işindən edir

Yığmamız rus məşqçiləri işindən edir

Date: 13 October 2016 19:05

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığması yenidən baş məşqçisiz qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlamasında qurumun idman direktoru, həmçinin U-21-in baş məşqçisi olan Nikolay Pisarev postundan göndəriləcəyini bildirib. Buna səbəb yığmanın növbəti seçmə tsikldə uğurla çıxış edə bilməsidir. 

Xatırladaq ki, Pisarev Azərbaycana məğlubiyyət sonrası istefaya göndərilən Dmitri Xomuxanı əvəzləmişdi. Onun məşqçiliyi altında Rusiya yığması Azərbaycanla növbəti oyunda da qələbə qazana bilməyib 2-2. Yekunda Rusiyanın Finlandiya və Azərbaycandan da geridə olması növbəti məşqçi dəyişikliyinə şərait yaradıb.

Milli.Az


Tags:  Yığmamız rus məşqçiləri işindən edir

RƏYLƏR


Top news