Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Duyğuları anlaya bilən robot istehsal olundu - FOTO

Duyğuları anlaya bilən robot istehsal olundu - FOTO

Çində ilk robot polis vağzalda "çalışacaq" (21 Fevral 2017 07:22)
Çində ilk robot polis vağzalda təhlükəsizliyə nəzarət edəcək (18 Fevral 2017 12:35)
Robot cücə məhsulların çatdırılmasına kömək edəcək (15 Fevral 2017 16:35)

Tarix: 13 Oktyabr 2016 19:12

İnsanların duyğularını anlaya bilən robot istehsal olundu.

Milli.Az xəbər verir ki,Toyota kosmosda danışan və ilk robot olaraq tarixə keçən Kirobo'nun kiçik bir versiyasını inkişaf etdirdi. İnsan ovucuna sığacaq qədər kiçik bir ölçüyə sahib olan robot insanların duyğularını anlaya və onlarla yoldaşlıq edə bilir. Ayaq üstə duran zaman 34 sm, oturduğunda isə 10 sm ölçüsündə olan robot içərisindəki kamera vasitəsi ilə insanların üz ifadələrini analiz edərək onların duyğularını anlamağa çalışır.

İnsanların ifadələrinə görə humanoid reaksiyalara cavab verə bilən Kirobo Mini öz səsinin tonunu və hərəkət tərzini də danışdığı adama görə təyin edir. Sahibləri ilə vaxt geçirdikcə onların sevdikləri və sevmədiklərini də xatırlaya bilən robot yığcam ölçüləri sayəsində hər yerə asanlıqla daşına bilir.

Bluetooth bağlantısı ilə telefonlara bağlanaraq da idarə edilə bilən robot insanlarla etdiyi gündəlik söhbətlərində əllərini və başını oynadaraq danışdığı adamın üzünə baxır. Önümüzdəki il bazara təqdim ediləcək Kirobo Mini'nin satış qiyməti i 392 dollar olacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü, saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/user/TexnoPark

Milli.Az





Teqlər:  Duyğuları anlaya bilən robot istehsal olundu FOTO



RƏYLƏR


Top xəbərlər