Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Noyer Azərbaycanı nümunə göstərdi

Noyer Azərbaycanı nümunə göstərdi

Date: 13 October 2016 19:17

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya üzərində 2-0 hesablı qələbəni şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçı qarşıdakı oyunlarda da maksimum nəticə qazanmaq istədiklərini bildirib:

"Yaxşı oyun keçirdik və qalib gəldik. Çexiya ilə oyunda da belə oynamışdıq. İşlərimiz qaydasında gedir. Növbəti oyunumuz səfərdə San Marinoya qarşıdır. Rəqibimizə hörmətlə yanaşırıq. Artıq indi zəif komanda yoxdur. Bunu Azərbaycan yığması öz nəticələri ilə sübut edir. Onlar qrupda 2-ci pillədədirlər. Biz bütün oyunlara yalnız qələbə qazanmaq üçün çıxırıq".

Milli.Az


Tags:  Noyer Azərbaycanı nümunə göstərdi

RƏYLƏR


Top news