Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kürdəmirli bərbərin qeyri-adi istedadı - VİDEO - FOTO

Kürdəmirli bərbərin qeyri-adi istedadı - VİDEO - FOTO

Date: 13 October 2016 19:32

Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.

ARB TV xəbər verir ki, o deyir ki, birinci əl işi 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırladığı ev maketidi. 4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidi. Arzu Səlimov bildirib ki, bu işlə 2 ilə yaxındır məşğul olur.

Arzu Səlimov: "Stəkan-nəlbəki maketinə 20 paçka işlədib, 2 günə bitirmişəm. Su butulkalarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm".

Əsl sənəti bərbərlik olan Arzu deyir ki, maket hazırlamaqla, əsasən, boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.

Arzu Səlimov bildirir ki, bəzi insanlar hazırladığı maketləri almaq üçün ona pul da təklif ediblər. Lakin o, bu vaxtadək zəhmətinin məhsulu olan əl işlərini satmaq barədə düşünməyib, amma bəzi maketləri yaxınlarına hədiyyə edib.

Arzu Səlimov: "İndiyə qədər kibrit çöpündən 10-a yaxın ev düzəltmişəm. Onlardan pay verdiklərim də olub. Kalçuk qabından düzəltdiklərimi arada dost, tanış, qohumlara vermişəm. Evdə qalan bunlardı".

Arzu Səlimov gələcəkdə daha böyük ölçülü maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.

Milli.Az










Tags:  Kürdəmirli bərbərin qeyri-adi istedadı VİDEO FOTO

RƏYLƏR


Top news