İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb
19:37 13 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 13 oktyabr. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
“Report”un Aran bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. 
Belə ki, kənd sakini Rövşən Yasəf oğlu Əmənov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-mislide-avtomobil-hasara-cirpilib-surucu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR