Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur.
Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib.
O bildirib ki, hələ ki, tranzit nömrəli maşınların dövlət
qeydiyyat nişanlarının radarlarda oxunması ilə bağlı məsələlər tam
həllini tapmayıb.
“Yaxın vaxtlarda bu məsələl də öz həllini tapacaq. Amma
əməkdaşlarımız tərəfindən vizual şəkildə aşkar olunan qayda
pozuntuları yerindəcə protokollaşdırılır”.
Kamran Əliyev həmçinin qeyd edib ki, əgər həmin dövlət qeydiyyat
nişanlı avtomobili idarə edən şəxs öz vətəndaşımız olsa, onun
barəsində də eyni qaydada tədbir görülür.
O bildirib ki, vətəndaşın ünvanı qeyd edildikdə isə həmin cərimə
onun evinə də göndərilir.(modern.az)