Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fantastika reallığa çevrilir - avtomobillər göydə uçacaq + video

Fantastika reallığa çevrilir - avtomobillər göydə uçacaq + video

Date: 13 October 2016 19:51

Fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər tezliklə reallığa çevriləcək.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, “AeroMobil 3.0” adlı uçan avtomobil 2017-ci ildə Slovakiyada satışa çıxarılacaq.

Avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə “YouTube” video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

“Aeromobil” səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili  havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədəcək.

Avtomobilin qiyməti 200 min avro olacaq. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunacaq.


Tags:  Fantastika reallığa çevrilir avtomobillər göydə uçacaq video

RƏYLƏR


Top news