Ağcabədidə "Zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib

Ağcabədidə "Zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib
19:52 13 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi şöbəsinin rəisi Natiq Zamanov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov, rayon səhiyyə və tibb işçilərinin 300-dən artıq nümayəndəsi iştirak edib.
Seminarda zərərli dini təriqətlər-vəhhabilik, nurçuluq və digər belə dini cərəyanların yaranması, təbliğat metodları və s. ətrafında müzkirələr aparılıb.




Xəbərin orijinal ünvanı: http://report.az/din/agcabedide-zererli-dini-teriqetlere-qarsi-mubarize-movzusunda-dini-maariflendirici-seminar-keciri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR