Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mərasimə getsəm, öldürəcəkləri ilə hədələyiblər" - Özünü öldürən Gülnarən əri - FOTO

"Mərasimə getsəm, öldürəcəkləri ilə hədələyiblər" - Özünü öldürən Gülnarən əri - FOTO

Date: 13 October 2016 20:05

Biz bir-birimizi çox sevmişik. Telefon danışıqlarından sevgi mesajlarımız üzə çıxacaq. Biz dəvət olduğumuz toyların bəy-gəlin masasında əyləşib şəkil çəkdirirdik. Sanki, hər dəfə toyumuz olurdu. Yoldaşım canına qıydı. Mən isə uşaqlarım üçün yaşayıram. Onların təhsil almasını istəyirəm. Gündüz fəhləlik edib, axşam mühafizəçi kimi işləyirəm ki, övladımın heç nəyə ehtiyacı olmasın. Mən övladlarımı istəyirəm.

Milli.Az xəbər verir ki, bu sözləri oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində evdə meyiti tapılan 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu "bizim yol"a açıqlamasında bildirib. O, həyat yoldaşının ailə üzvlərinin  ittihamlarına da cavab verib.

R.Həsənov deyib ki, bir müddət başı internet oyunlarına qarışdığı üçün həyat yoldaşı ilə münasibətlərində soyuqluq olub: "Mən bir müddət internet klubuna mütəmadi gedirdim. Bu zaman Gülnar küsüb evdən getdi. Üç ay bir yerdə yaşamadıq. Mən onu ac-susuz qoymamışdım. Sadəcə, başım internet oyununa qarışmışdı".

Rəşad Həsənovun sözlərinə görə, o, ölüm hadisəsi baş verən zaman təcili tibbi yardıma və polisə məlumat verib: "Yas mərasimində iştirak etmək istəmişəm, amma mənim iştirak etməyimi istəməyiblər. Mərasimə getsəm, öldürəcəkləri ilə hədələyiblər.

Bəli, hər ailədə narazılıq olur. Bu, o demək deyil ki, öldürmək lazımdır. Boşanmaq istəmişik, amma məhkəməyə müraciət olmayıb. Son günlərdə atası da bizimlə qalıb. Mehriban olmuşuq. Biz mehriban olmasaq, Gülnarın valideyni bizim evə tez-tez gəlməzdi".

R.Həsənov tibbi ekspertizanın nəticəsində ölüm hadisəsinin səbəbinin aydın olacağını bildirib: "Araşdırma gedir. Gülnarın intihar etməsinin səbəbini açıqlaya bilmirəm. Bu səbəbi Gülnarın qardaşı bilir. Gülnarın telefon danışıqları və tibbi ekspertiza onun ölüm səbəbini ortaya qoyacaq".

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Tags:  Mərasimə getsəm öldürəcəkləri hədələyiblər Özünü öldürən Gülnarən əri FOTO

RƏYLƏR


Top news