Nazir: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti Türkiyəni Çin və Avropa ilə qovuşduracaq"

Nazir: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti Türkiyəni Çin və Avropa ilə qovuşduracaq"
20:17 13 Oktyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Türkiyəni Çin və Avropa ilə qovuşduracaq". 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Kars-Digor-Tuzluca avtomobil yolunun təməlqoyma mərasimində bildirib. 
Onun sözlərinə görə, BTQ dəmiryolu xətti layihəsi tamamlanmaq ərəfəsindədir: "Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu layihə tezliklə başa çatmalıdır. Çünki Türkiyəni Çin və Avropa ilə qovuşduracaq bir layihədir".

Xəbərin orijinal ünvanı: http://report.az/region/baki-tbilisi-qars-demiryolu-xetti-turkiyeni-cin-ve-avropa-ile-qovusduracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR