Müğənninin gecə klubu yandı, şükr namazı qıldı - fotolar

Müğənninin gecə klubu yandı, şükr namazı qıldı - fotolar
20:21 13 Oktyabr 2016
218 Şou
Ölkə mətbuatı
A- A+

Türk müğənni Çılğın Sedatın Mersin şəhərindəki gecə klubu yanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı kluba 250 min lirə (təxminən 130 min manat) xərc çəkdiyini və çox hissəsinin borc olduğunu bildirib.

Ç.Sedat obyekt yeni olduğu hələ sığorta etdirmədiyini, buna görə də itkisinin çox olduğunu söyləyib:

“Çox əmək sərf etmişdim. Heç kimdən gözləntim yoxdur. Bu dəqiqə “Nəyin var?” desələr, ailəm var, Allahım var, dostlarım var… Onlar da mənə bəs edir”.

Müğənni hazırda hadisədən sonra heç kim ölmədiyi üçün 2 rükət şükr namazı qıldığını da deyib.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR