Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərbaycan açıq oyun göstərsəydi, böyük hesabla qalib gələrdik”

“Azərbaycan açıq oyun göstərsəydi, böyük hesabla qalib gələrdik”

Date: 13 October 2016 20:57

Millinin heyətində çıxış etmək mənim üçün fəxrdi. Baş məşqçinin güvənini yüksək qiymətləndirirəm.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Lukaş Droppa deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə matçda 27 yaşlı yarımmüdafiəçi ilk dəfə çexlərin start heyətində meydana çıxıb.
 
Bu görüşlə (0:0) bağlı ölkəsinin mətbuatına açıqlama verən Droppa nəticədən məyusluğunu gizlətməyib. O bildirib ki, qeydə alınan nəticədə Azərbaycan millisinin müdafiə futbolu oynamağı rol oynayıb: "Azərbaycanla matçda məni dəstəkləmək üçün Banikdən Ostravaya təxminən 30 yaxın adamım gəlmişdi. İstəyirdim ki, onları qələbə ilə sevindirim. Əfsuslar olsun, alınmadı. Çox məyus oldum. Biz Ostravaya qələbə üçün gəlmişdik. Bunun baş tutmaması əhvalımızı korladı. Üstün tərəf biz idik. Azərbaycan yığmasının cərimə meydançamız daxilindən qapımıza doğru zərbəsi vurmağı yadıma gəlmir. Əsas diqqətlərini müdafiə olunmağa yönəltmişdilər. Bizim isə 2-3 real qol imkanımız oldu. Vəziyyəti dəyişməli idik. Əgər Azərbaycan bizimlə açıq oyun göstərsəydi, böyük hesabla qalib gələrdik".
 
Droppa Çexiya yığmasının qol və qələbə üzünə həsrət qalmasına da toxunub: "Yığmaya dəstək olmaq lazımdı. Mübahisə etməklə heç nə olmur. Bir şeyi həddindən artıq istəyəndə bəzən alınmır. Azərbaycan yığmasının uğuru Norveçlə oyundan başladı. Onlar öz meydanlarında 1:0 hesablı qələbə qazanıb, bura gəlmişdilər. Biz isə bəxtsizliklə üzləşmişik".

Milli.Az


Tags:  Azərbaycan açıq oyun göstərsəydi böyük hesabla qalib gələrdik

RƏYLƏR


Top news