DİN: “Marneulidəki gənclər polislərə zor tətbiq etdiklərinə görə həbs ediliblər”

DİN: “Marneulidəki gənclər polislərə zor tətbiq etdiklərinə görə həbs ediliblər”
21:04 13 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

2 azarkeşə 15 sutkalıq həbs (07 Mart 2017 09:12)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında keçirilən aksiya səngiyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamentinə yeni seçilən deputatlardan Azər Süleymanov və Mahir Dərziyev və deputatlığa namizədlər İsrafil Bayramov və Əhməd İmamquliyev və Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstan üzrə təmsilçiləri Marneuli Rayon Polis İdarəsinin qarşısına gələrək aksiya iştirakçıları ilə görüşüblər. Aksiya iştirakçıları deputatları və deputatlığa namizədləri  fitə basıblar. Etirazçılar dünən gecə maskalı xüsusi təyinatlılar tərəfindən saxlanılan 1997, 1994, 1996, 1996, 1992 və 1993 təvəllüdlü gənclərin gecə saatlarında saxlanılmasına etirazlarını bildirib və onların tezliklə azad olunmasını tələb ediblər.

 

Gürcüstan DİN-dən APA-ya verilən məlumatda saxlanılan şəxslərin Marneulinin Qızılhacılı kəndində yaradılan 48 nömrəli seçki məntəqəsinin işinə maneəçilik törətdiklərinə və polis qüvvələrinə qarşı zor tətbiq etdiklərinə, onları daş-qalaq etdiklərinə və  qarşıdurma yaratdıqlarına görə həbs olunduğu bildirilib. DİN-dən verilən məlumatda Marneuli RPİ-nin əməkdaşlarının qarşıdurmada ciddi xəsarət aldıqları da bildirilib. Oktyabrın 8-də hadisədən xəbər tutan Gürcüstanın baş naziri xəsarət alanlara baş çəkib.

 

Bu gün aksiyada iştirak edən saxlanılan şəxslərin qohum-əqrəbaları isə maskalı xüsusi təyinatlıların Qızılhacılı kəndindəki evlərə gecə saatlarında qəflətən girdiklərini və azərbaycanlı gənclərə xəsarət yetirdiklərini bildiriblər. Sakinlər evlərdən qızıl-zinət əşyalarının da yoxa çıxdığını da iddia edirlər.

 

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyi irəli sürülən Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: “Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı”.

 

Ə. İmamquliyev baş verən hadisəyə təəssüf etdiyini bildirib: “Bu gənclər azad olmayanadək biz buradan getməyəcəyik və qanun çərçivəsində sonuncu addımlarımızı atacağıq ki, saxlanılan gənclər ailələrinə qayıtsınlar və qanunu pozanların hamısı həbs olunsunlar. Biz qanun pozucularının hamısını tanıyırıq”, - deyə deputatlığa namizəd qeyd edib.

 

“Burçuladze-Dövlət xalq üçün” partiyasından deputatlığa namizədliyi irəli sürülən İsrafil Bayramov saxlanılan şəxslərlə bağlı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili  ilə görüşdüklərini bildirib: “Qubernator bizə bildirdi ki,  baş verən hadisə ilə ciddi məşğul olacaq və günahsız olan heç kim həbs edilməyəcək. Qubernator saxlanılan gənclərin azadlığa çıxmasına kömək edəcəyinə söz verib”, - deyə İ. Bayramov vurğulayıb.

 

Qeyd edək ki, DİN tərəfindən keçirilən brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirilib.

 

Bundan başqa, MSK-nın qərarına əsasən, 48 nömrəli seçki məntəqəsində proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.

 

Əhməd İmamquliyev oktyabrın 22-də Qızılhacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində təkrar seçkilər keçiriləcəyini bildirib.





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 01:57

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

29 May 2017 01:47

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 01:43

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

29 May 2017 01:34

“Roma” "İmperator"u belə yola saldı - FOTO/VİDEO

29 May 2017 01:33

70-ci illərin binasındakı mənzil - FOTO

29 May 2017 01:32

Saqqal saxlayan kişilərə pis xəbər

29 May 2017 01:24

Goranboyda maşın aşdı - 4 yaralı

29 May 2017 01:19

ÇL-nin qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - SİYAHI

29 May 2017 01:09

Mayın 29-na olan

29 May 2017 00:58

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü

29 May 2017 00:55

Abşeronda yanğın hadisəsi

29 May 2017 00:44

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

28 May 2017 23:42

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

28 May 2017 23:33