Lovğalanmağı və özündən razı olmağı İslam dini bəyənmir

Lovğalanmağı və özündən razı olmağı İslam dini bəyənmir
21:12 13 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Lovğalanmaq və özündən razı olmaq Quran ayələrinə və hədislərimizə görə bəyənilməyən sifətlərdən hesab olunur. İmam Baqir (ə) buyurur: "Təəccüb edirəm o təkəbbürlü lovğalanan şəxsə ki, əvvəli nütfə və axırı iylənmiş murdardır (cəsəddir)". (Lovğalanmaq və özündən razı olmaq)

Məsumlarımızın (ə) nəzərinə görə lovğalanmaq cahiliyyətin əlaməti olub, şeytanın (lən) və Fironun sifətlərindəndir. İnsanların bəzisi məhz bu sifətə görə başqa rəzil sifətlərə də düçar olurlar. Lovğalanan insan qeybət edər. Öz kamal və gözəl sifətlərini insanların gözündə ucaltmaq üçün başqalarını kiçik hesab edər və onlar haqqında pis sözlər deməyə başlayar. Bu yolla özlərini daha üstün göstərməyə çalışarlar. Onun eyiblərini açar, ancaq ondan qəflət edər ki, bu cür rəftar nəinki insanların diqqətini cəlb etmir, bəlkə ona qarşı fikirləri də dəyişə bilir. Bu xəstəlik bir çox kəbirə günahların amilinə çevrilər ki, onlardan biri də qeybətdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Allah Təala Quranda heç bir lovğalananı bəyənmədiyini bəyan edir. "Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz". ("Loğman" 18).
Ancaq axirətdə fəxr etməklə bağlı deyilir ki, bu əməl heç də pis sayılmır. Belə ki, Həzrət Peyğəmbərdən (s) hədis vardır ki, buyurur: "Mən başqa ümmətlər qarşısında sizinlə fəxr edəcəyəm". Çünki bu dünyanın bir çox qanunları axirətə aid edilmir.
"Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: "Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun"". ("Haqqə" 19). Yəni, bu insan əməl dəftəri ilə fəxr edir. Halbuki, bu əməli dünyada etsəydi, heç də xoş qarşılanmazdı. Ancaq axirətdə həmin insan üçün bəyənilən əməllərdən hesab olunur.
İmam Əli (ə) buyurur: "İki şey insanları məhv edər: nadanlıqdan qorxmaq və lovğalanmaq".
İmam Əli (ə) buyurur: "Lovğalanmağı kənara qoy, təkəbbürünü yatızdır, qəbrini yadına sal".
İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim lovğalanmaq üçün bir iş görər, Allah Qiyamət günü onu qara məhşur edər".
Bir nəfər əziz Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, mən filankəs və filankəsin oğluyam. Bu minvalla öz doqquz babasının adını çəkir. Həzrət Peyğəmbər (s) buyurur: "Bil ki, sən onların cəhənnəmdə olan onuncu nəfərisən".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR