Son 9 ayda Azərbaycanda ixrac malları üzrə tərtib olunmuş ekspertiza aktlarının sayı açıqlanıb

Son 9 ayda Azərbaycanda ixrac malları üzrə tərtib olunmuş ekspertiza aktlarının sayı açıqlanıb
21:22 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilib.
“Report” mərkəzə istinadən xəbər verir ki, bu yoxlamaların nəticələrini təsdiq edən 11 835 ədəd ekspertiza aktı tərtib olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 4 491 ədəd ekspertiza aktı çoxdur.
Həmin dövr ərzində mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında taxıl və taxıl emalı məhsulları, meyvə-tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları, yumurta məhsulları, balıq və balıq emalı məhsulları, uşaq qidası məhsul qrupları üzrə 3 128 analiz aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/son-9-ayda-azerbaycanda-ixrac-mallari-uzre-tertib-olunmus-ekspertiza-aktlarinin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR