Sənəd imzalamadan maşın aldı, başına iş açdı - VİDEO

Sənəd imzalamadan maşın aldı, başına iş açdı - VİDEO
21:27 13 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Heçbir sənəd imzalamadan maşın aldı, başına iş açdı.

Lənkəran şəhər sakini Mais Nəhmətov 2014-cü ildə avtomobil  almaq qərarına gəlir. O, tanışı Nizami İsmayılovun  sürdüyü   avtomobilini bəyənib. Lakin avtomobil Bakı sakini Saleh İbrahimova məxsus olub. Maşın  Saleh İbrahimovun adında olsa da Alqı-satqı zamanı onun bacısı oğlu Nurşad Maislə sövdələşib. Mais heç bir sənəd imzalamadan bir -iki nəfərin şahidliyi ilə əvvəlcədən müəyyən miqdarda  pulu  ödəyərək maşını  alıb.

Onun problemi də bundan sonra başlayıb. Rəsmi sənədlərə görə maşının  sahibi olan Saleh İbrahimov etibarnamə verməkdən imtina edib. O, belə izah edib ki, avtomaşın satılana qədər onu icarəyə götürən Nizami İsmayılovun 300 AZN borcu ödənilməmiş qalıb.

Avtomobili satan Nurşad Hüseynli isə bildirir ki, hazırda rəhmətə gedən Nizami İsmayılovun ona 300 manat bocu olub. Maşın maisə satılan zaman da öz aralarında razılaşıblar ki, Nizaminin qalan 300 manatını da mais ödəyəcək. Bu borc həmin borcdur.

Hazırda Mais sənədləri qaydasında olmadıgına görə avtmobili idarə edə bilmir. Bu məsələ ilə baglı ekspertlər bildirir ki, hər hansı alqı-satqı zamanı sonradan problem çıxmasın deyə vaxtında natariıs təsdiqli müqavilə sənədi imzalanmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR