Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İşsizlərə sığorta pulu veriləcək - YENİ QANUN- VİDEO

İşsizlərə sığorta pulu veriləcək - YENİ QANUN- VİDEO

Date: 13 October 2016 21:32

İşdən çıxarılan da, öz ərizəsilə çıxan da sığorta ala biləcək.

"İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Layihəsinə əsasən, işsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq.

Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə əksinə, ödəniş azalacaq.

İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək. Bu imkan verəcək ki, işçilər iş yerini itirən zaman sığorta ala bilsinlər.

Milli.Az


Tags:  İşsizlərə sığorta pulu veriləcək YENİ QANUN- VİDEO

RƏYLƏR


Top news