İcbari sığorta şəhadətnamələri onlayn satılacaq - YENİLİK - VİDEO

İcbari sığorta şəhadətnamələri onlayn satılacaq - YENİLİK - VİDEO
21:37 13 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının onlayn qaydada bağlanılmasına keçidin dəqiq tarixi məlum olub.

Sürücülər şəhadətnaməni istədikləri sığorta şirkətinin elektron xidmətlər bölməsindən istifadə etməklə əldə edəcəklər.

İcbari Sığortalar Bürosu tərəfindən onlayn satışla bağlı sığorta şirkətlərinə müraciət ünvanlanıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sürücülər onlayn qaydada müqaviləni doldurduqdan sonra sığorta haqqını həm plastik kartlar vasitəsilə, həm də nağd formada ödəniş sistemləri vasitəsilə həyata keçirə biləcəklər.

Ödənişdən sonra müqavilənin bağlanmasını təsdiq edən bildirişlər veriləcək. Həmin sənədi sürücülər özləri də çap edə biləcəklər, yaxud da müvafiq şirkət tərəfindən onlaraq çatdırılacaq.

İcbari Sığorta şəhadətnamələrinin elektron qaydada satılmasının bir sıra üstünlükləri olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR