ABŞ neftin qiymətini "vurdu"

ABŞ neftin qiymətini "vurdu"
22:05 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabr ayının 7-də bitən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) 4,9 mln. barrel və ya 1% artaraq 474 mln. barrelə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqlamasında deyilir.
"Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak edən analitiklər ehtiyatların cəmi 0,65 mln. barrel artacağını proqnozlaşdırıb.
 
Bu statistika açıqlandıqdan sonra "Brent" markalı neftin 1 barrelinin dəyəri 1,1% azalaraq 50,9 dollara enib. Beləliklə, bu markadan olan neftin qiyməti oktyabr ayının 4-dən etibarən ilk dəfə 51 dollar səviyyəsindən aşağı düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/479119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR