Ən üstün gün, ay və əməl hansıdır?

Ən üstün gün, ay və əməl hansıdır?
22:12 13 Oktyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İbn Abbasdan soruşurlar: "Ən üstün gün, ən üstün ay və ən üstün əməl hansıdır?".

İbni Abbas cavab verir: "Ən üstün gün - cümə günüdür, ən üstün ay - Ramazan ayıdır və ən üstün əməl - vaxtında qılınan beş vacib namazdır".
Bu sualı Əmirəl-möminin (ə) eşidir və buyurur: "Əgər şərq və qərbin alimlərindən bu sualı soruşsaydılar, bundan qeyrisinə cavab verməzdilər.
Ancaq mənim cavabım belədir: ən üstün əməl - o əməldir ki, Allah qəbul edər. Ən üstün ay - o aydır ki, onda tövbə edəsən. Ən üstün gün - o gündür ki, dünyadan mömin gedəsən".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR