Gürcüstan DİN: “Marneulidə saxlanılanlar polisə zor tətbiq ediblər” - FOTO

Gürcüstan DİN: “Marneulidə saxlanılanlar polisə zor tətbiq ediblər” - FOTO
22:12 13 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında keçirilən aksiya səngiyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstan parlamentinə yeni seçilən deputatlardan Azər Süleymanov və Mahir Dərziyev və deputatlığa namizədlər İsrafil Bayramov və Əhməd İmamquliyev və Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstan üzrə təmsilçiləri Marneuli Rayon Polis İdarəsinin qarşısına gələrək aksiya iştirakçıları ilə görüşüblər. Aksiya iştirakçıları deputatları və deputatlığa namizədləri  fitə basıblar. Etirazçılar dünən gecə maskalı xüsusi təyinatlılar tərəfindən saxlanılan 1997, 1994, 1996, 1996, 1992 və 1993 təvəllüdlü gənclərin gecə saatlarında saxlanılmasına etirazlarını bildirib və onların tezliklə azad olunmasını tələb ediblər.
 
Gürcüstan DİN-dən APA-ya verilən məlumatda saxlanılan şəxslərin Marneulinin Qızılhacılı kəndində yaradılan 48 nömrəli seçki məntəqəsinin işinə maneəçilik törətdiklərinə və polis qüvvələrinə qarşı zor tətbiq etdiklərinə, onları daş-qalaq etdiklərinə və  qarşıdurma yaratdıqlarına görə həbs olunduğu bildirilib. DİN-dən verilən məlumatda Marneuli RPİ-nin əməkdaşlarının qarşıdurmada ciddi xəsarət aldıqları da bildirilib. Oktyabrın 8-də hadisədən xəbər tutan Gürcüstanın baş naziri xəsarət alanlara baş çəkib.
 
Bu gün aksiyada iştirak edən saxlanılan şəxslərin qohum-əqrəbaları isə maskalı xüsusi təyinatlıların Qızılhacılı kəndindəki evlərə gecə saatlarında qəflətən girdiklərini və azərbaycanlı gənclərə xəsarət yetirdiklərini bildiriblər. Sakinlər evlərdən qızıl-zinət əşyalarının da yoxa çıxdığını da iddia edirlər.
 
Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyi irəli sürülən Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: "Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı".
 
Ə. İmamquliyev baş verən hadisəyə təəssüf etdiyini bildirib: "Bu gənclər azad olmayanadək biz buradan getməyəcəyik və qanun çərçivəsində sonuncu addımlarımızı atacağıq ki, saxlanılan gənclər ailələrinə qayıtsınlar və qanunu pozanların hamısı həbs olunsunlar. Biz qanun pozucularının hamısını tanıyırıq", - deyə deputatlığa namizəd qeyd edib.
 
"Burçuladze-Dövlət xalq üçün" partiyasından deputatlığa namizədliyi irəli sürülən İsrafil Bayramov saxlanılan şəxslərlə bağlı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili  ilə görüşdüklərini bildirib: "Qubernator bizə bildirdi ki,  baş verən hadisə ilə ciddi məşğul olacaq və günahsız olan heç kim həbs edilməyəcək. Qubernator saxlanılan gənclərin azadlığa çıxmasına kömək edəcəyinə söz verib", - deyə İ. Bayramov vurğulayıb.
 
Qeyd edək ki, DİN tərəfindən keçirilən brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirilib.
 
Bundan başqa, MSK-nın qərarına əsasən, 48 nömrəli seçki məntəqəsində proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.
 
Əhməd İmamquliyev oktyabrın 22-də Qızılhacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində təkrar seçkilər keçiriləcəyini bildirib.
Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yəməndə qətliam

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

“Qarabağ” tarixi oyuna çıxır

23 Avqust 2017 21:30

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52