“Erotik çəkilişlərdən həzz alıram” - azərbaycanlı model+fotolar

“Erotik çəkilişlərdən həzz alıram” - azərbaycanlı model+fotolar
22:26 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Dom 2” layihəsinin məşhur azərbaycanlı iştirakçısı, hazırda Ukraynada böyük bədən geyimlərinin nümayişi ilə məşğul olan model Rima Pənciyeva missiya.az saytına müsahibə verib.

Axşam.az müsahibəni təqdim edir:

- Əvvəlcə istərdik özünüz haqda bir qədər məlumat verəsiniz...

- Mən 1983-cü il oktyabrın 8-də Kiyevdə dünyaya gəlmişəm. Su Nəqliyyatı Akademiyasını qırmızı diplomla bitirmişəm. İxtisasım aşpazdır. Amma bu ixtisas üzrə təhsil almağım xüsusi bir maraqdan irəli gəlmirdi. Heç vaxt artıq hesab olunmayacaq bir peşədir və sırf ailə həyatı üçün idi. Uzun müddət öz ixtisasım üzrə işləmişəm və bu sahədə böyük təcrübəm var. Lakin sonradan macəralara meylləndim və beləcə gəlib çıxdım televiziyaya.

- Ailəniz haqqında məlumatları da bölüşə bilərsinizmi?

- Ailədə dörd nəfər olmuşuq. Atam Muxtar, anam Mariya, mən və bacım Rita. Orta statistik bir ailə. Atamla anam həmişə zəhmətkeş olublar. Deyə bilmərəm ki, zəngin yaşamışıq. Lakin valideynlərimiz çalışırdılar ki, biz heç nədən korluq çəkməyək. Onlar ən ağır situasiyalardan da çıxmağı bacarırdılar.

- Səhv etmiriksə, sizin atanız azərbaycanlıdır...

- Bəli. Atam azərbaycanlıdır və çox yaraşıqlı bir kişidir. O, gənclik illərində bura gəlib və həyatını da burada qurub.

- Siz əvvəllər TNT kanalında çalışırdınız. İndi də əlaqələriniz qalırmı?

- Xeyr. Bilmirəm buna görə təəssüf hissi keçirim, ya xoşbəxlikdənmi deyim, hər halda telekanaldakı işimdən ayrılmışam. Ola bilərdi ki, hələ də orada olum. Lakin qarşıma çıxmış bir nəfər mənim bütün planlarımı alt-üst etdi...

- Sonra model kimi işə başlamaq qərarına gəldiz. Sizdə bu sahəyə maraq haradandır?

- Hələ məktəb illərindən bu sahəyə çox böyük marağım var idi. Arzulayırdım ki, böyüyəndə model olum. Zənnimcə, bütün qızların yeniyetmə çağlarında belə bir arzusu yaranır. 11-ci sinifdə oxuyanda bizim məktəbə tanınmış bir moda agentliyinin nümayəndələri gəldi. Məqsədləri yeni simalar seçmək idi. Seçim prosesi çox uzun çəkdi və nəticədə məktəbimizdən yalnız iki nəfəri seçdilər. Onlardan biri də mən idim. Təəssüf ki, anam model məktəbinə keçməyə icazə vermədi. Beləcə, birinci şansımı qaçırdım. Yeri gəlmişkən, model standartlarına çatmaq üçün boyumu uzatmalı idim. Buna görə də basketbol məşqlərinə gedəsi oldum. Bir müddətdən sonra istədiyim nəticə əldə olundu – 179 sm.



- İndi harada çalışırsınız?

- Böyük bir ticarət brendini təmsil edirəm. Şirkətin siması və bir qədər dolu bədənli qızların təmsilçisiyəm. Yəni model “plus size”.

- Bəs, gələcəkdə çəkinizi salmaq istəyirsiniz? Məsələn M, L kimi ölçülərə qədər düşmək ağlınızdan keçirmi?

- Mən tez-tez müxtəlif ticarət nişanlarını təqdim edirəm. Təqdim etdiyim ölçülər tədricən dövrün tələbatına çevrilir. Yəni indi dolu bədənli xanımların zamanıdır. Gələcəkdə çəkimi salacam, ya yox, bunu Allah bilər. Hələlik belə bir planım yoxdur. Hazırkı görkəmimdə özümü çox rahat hiss edirəm. Özümü çox sevirəm (Gülür). Canım suludur, şuxam, cazibəliyəm və bu mənim çox xoşuma gəlir. Özü də təkcə mənim yox...



- Xarici şirkətlərdən də təkliflər alırsınızmı? Ola bilərmi ki, gələcəkdə Avropa ölklərinin birində çalışasınız?

- Təkliflər olmuşdu. Lakin Avropadan deyil, Amerikadan. Mən ora getməyə ürək eləmədim. Çox uzaqdır. İndi artıq başqa cür düşünürəm. Qəti qərara almışam ki, real və perspektivli təkliflər olarsa, hətta dünyanın qurtardığı yer haradısa, ora da gedərəm.

- Siz kompleksiz xanımsız. Görünür, elə buna görədir ki, alt paltarlarının nümayişindən də çəkinmirsiz...

- Bəli, hər hansı kompleksim yoxdur. Hərçənd bilirəm ki, burada ideal heç nə yoxdur. Mən sadəcə dolu bədənli xanımlarda əminlik yaratdım ki, uğur qazanmaq üçün bədən ölçüləri vacib deyil. Belə bir qızıl qayda var: Sən özünə necə münasibət bəsləyirsənsə, başqaları da sənə o cür münasibət göstərəcək. Kompleksləri qadınlar özləri yaradırlar. Hər kəsin öz gözəlliyi var. Sadəcə, bu gözəlliyi təqdim etməyi bacarmaq lazımdır. Alt paltarlarına gəldikdə isə, mən bu çəkilişləri çox sevirəm. Ümumiyyətlə, erotik çəkilişlərdən həzz alıram. Bu, mənim stilimdir. Arzum budur ki, gələcəkdə “Pleyboy”, “Maxim”, “XXL” və sairə kimi jurnallara çəkilim.



- Bəs nə vaxtsa kamera qarşısına tamamilə çılpaq çıxa bilərsiniz?

- Heç vaxt. Tamamilə çılpaq çəkilmək mənlik deyil. Uzağı bədənin intim yerlərinin görünməməsi şərtilə çəkilərəm. Düzdür, mən çox açıq adamam. Lakin hesab edirəm ki, bədənin müəyyən hissələrinin örtülməsi daha gözəl və daha seksualdır. Belədə kişilər üçün maraqlı olan tapmaca yaranır...

- Məşhur modellərdən kimləri bəyənirsiniz?

- Simpatiya bəslədiyim insanlar var. Ümumiyyətlə, gözəl insanları sevirəm. Gözəl qadınlara heyranlıqla baxıram.

- Ukraynada modellərin qazancı nə qədərdir?

- Gizlətməyəcəm, çox az qazanırıq. Təəssüf ki, Ukraynada model biznesi hələlik o qədər də inkişaf etməyib. Xüsusən də +ölçülər istiqamətində ciddi bir irəliləyiş görünmür. Ukraynada gözəl qadınlar çoxdur. Həm dolu, həm də zərif qızlarımız var ki, onların gözəlliyini üzə çıxara biləcək kimsə yoxdur... Ona görə də qərara gəlmişik ki, dolu bədənli xanımlar üçün modalar agentliyi yaradaq. Hazırda bu məsələ üzərində ciddi işləyirik. Ölkəmizdəki vəziyyətlə bağlı bu planı əvvəllər reallaşdıra bilmirdik. Lakin indi tam əminik ki, məqsədimizə çata biləcəyik. Bax, onda biz - “canı sulu bombalar” Ukraynada “partladacağıq”.



- Bakıda olmusunuz?

- Təəssüf ki, xeyr. Lakin uşaqlıqdan bunu çox arzulayıram. Axı söhbət atamın vətənindən gedir və deməli, orada olmaq mənim həm də borcumdur.

- Azərbaycan haqda nə bilirsiniz?

- Azərbaycanın tarixi barədə çox şeylər danışa bilərəm. Lakin burada sizin də bildiklərinizi təkrarən danışmaq istəmirəm. Azərbaycan xəyalımdakı ölkədir və uzun illərdir ki, bu ölkəyə getməyi arzulayıram. Əminəm ki, çox yaxınlarda mən bu arzuma çatacam. Bilirsiniz, mən Azərbaycanda baş verən dəyişiklikləri də izləyirəm. İndi tam əminliklə Bakını Dubayla müqayisə edə bilərəm. Azərbaycan çox düzgün istiqamətdədir və olduqca sürətlə inkişaf edir. Bunu Ukraynadan da görmək mümkündür.



- Siz məşhur “Dom 2” telelayihəsində də iştirak etmisiniz və bildiyimizə görə, Azərbaycandan da xeyli pərəstişkar toplaya bilmişdiniz...

- Bəli, Azərbaycanda çox sayda pərəstişkarım var idi. Onlar mənim arxamda dayanmışdılar. Səs verir, internetdə müdafiəmə qalxırdılar. Hətta bəziləri mənə kömək etdilər ki, atamın Azərbaycandakı qohumlarını tapım. Biz uzun müddət onları axtarmışıq. Bir sözlə, indi bu müsahibəni görüb, məni xatırlayanlar olacaq.















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Arıqlamaq üçün ən təbii üsul

18 Avqust 2017 18:15

Bu tərəvəz bədəni zəhərdən təmizləyib immuniteti gücləndirir

18 Avqust 2017 18:13

Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib, xeyli sayda yaralı var

18 Avqust 2017 18:12

ABŞ “Əş-Şəbab”-a zərbə endirdi

18 Avqust 2017 18:05

Hüquq müdafiəçisindən Saakaşvili barədə: “Gözləri qarşısında arvadı və qızı zorladılar”

18 Avqust 2017 18:03

Nazirlik küçəyə zibil atan şəxslərin müəyyən olunması üçün polisə müraciət edib

18 Avqust 2017 18:02

Azərbaycan Premyer Liqasında II turun təyinatları açıqlanıb

18 Avqust 2017 18:02

Aeroport yolunda sürət həddi endirilib

18 Avqust 2017 18:02

Əli Kərimlinin keçmiş mühafizəçisindən sensasion açıqlamalar

18 Avqust 2017 17:59

Baş Prokurorluq bu saytlara XƏBƏRDARLIQ etdi

18 Avqust 2017 17:58

“Qarabağ” - "İnter" oyununu kim idarə edəcək?

18 Avqust 2017 17:57

"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək

18 Avqust 2017 17:57

İkinci turun təyinatları açıqlandı

18 Avqust 2017 17:57

Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb

18 Avqust 2017 17:52

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını təbrik edib

18 Avqust 2017 17:50

Rusiyada yandırılıb öldürülən azərbaycanlıyla bağlı ŞOK TƏFƏRRÜAT: İşgəncə də verilibmiş

18 Avqust 2017 17:49

Unibank filialları şənbə günləri də işləyir

18 Avqust 2017 17:48

Alim Qasımovun şıdırğı rəqsi – VİDEO

18 Avqust 2017 17:48

Bakının 4 qəsəbəsinin kanalizasiya xətləri yenilənəcək - SƏRƏNCAM

18 Avqust 2017 17:44

Dənizdə batan daha 4 nəfər xilas edilib

18 Avqust 2017 17:40

Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb

18 Avqust 2017 17:37

Neymardan sonra "Barselona"ya Suares şoku

18 Avqust 2017 17:37

Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib

18 Avqust 2017 17:37

Krım əvəzinə Dnestryanı? - Rusiya Kiyevin PLANINI AÇIQLADI

18 Avqust 2017 17:33

Azərbaycan Dövlət Neft Fondu bu il AÇG-dən 3,6 mlrd. dollar qazanıb

18 Avqust 2017 17:32

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

18 Avqust 2017 17:32

Avqustun 21-nə manatın məzənnəsi

18 Avqust 2017 17:30

Prezident "Azərsu"-ya 5,78 milyon manat ayırdı

18 Avqust 2017 17:28

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

18 Avqust 2017 17:27

Seks robotları artıq duyğularını ifadə edə bilirlər: "odlu", "təhlükəli" - FOTOLAR

18 Avqust 2017 17:23

Binə, Mərdəkan, Şağan və Şüvəlanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5,78 milyon manat ayrılıb

18 Avqust 2017 17:22

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib

18 Avqust 2017 17:22

Çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?

18 Avqust 2017 17:20

Manana qızı və oğlu ilə istirahətdə - FOTOLAR

18 Avqust 2017 17:19

Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb

18 Avqust 2017 17:17

Sabiq "Qarabağ"lı Kipr klubunda

18 Avqust 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

18 Avqust 2017 17:13

Azərbaycanda dövlət idarələrinin kreditləşməsi artıb

18 Avqust 2017 17:12

“Məni azərbaycanlı həkimlər bu hala saldı…”

18 Avqust 2017 17:10

Safuranın oğlunun yeni FOTOLARI

18 Avqust 2017 17:08

Prezident İlham Əliyev Bakının 4 ətraf qəsəbəsinə maliyyə vəsaiti ayırıb

18 Avqust 2017 17:07

Erməni əsgərləri intihar etdi

18 Avqust 2017 17:03

ABŞ-ın Azərbaycandakı səfirliyi anbar təmiri layihəsi ilə bağlı tikinti şirkətləri üçün tender elan edir

18 Avqust 2017 17:02

Azərbaycan - San Marino matçının stadionu dəyişdirilib

18 Avqust 2017 17:02

Rusiyanın Türkiyəyə investisiyaları 10 mlrd. dollara çatıb

18 Avqust 2017 17:02

Ağdaşda yanğın: zəhərlənən və yanan var

18 Avqust 2017 16:59

Aleksandr Perenciyev: "MDB ölkələrində faşistlərin bütün abidələri, o cümlədən Qaregin Njdenin abidəsi dağıdılmalıdır"

18 Avqust 2017 16:57

Afrikalı milyarder "Arsenal"ı alıb, Vengeri qovmaq istəyir

18 Avqust 2017 16:57

UEFA Polşa, Şotlandiya və Kipr klublarını cərimələyib

18 Avqust 2017 16:52

Azərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla Bodrumda: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLENT

18 Avqust 2017 16:49