ABŞ-Rusiya müharibəsi? – Obama sabah qərar verəcək

ABŞ-Rusiya müharibəsi? – Obama sabah qərar verəcək
22:53 13 Oktyabr 2016
186 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 14-də xarici siyasət üzrə məsləhətçilərlə müşavirədə ABŞ prezidenti Barak Obamaya Suriya ordusunun hərbi obyektlərinə zərbələrin endirilməsi təklif ediləcək.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bir sıra Amerika məmurları hesab edir ki, Vaşinqton daha qətiyyətli hərəkətlərə təşəbbüs etməlidir. Xüsusi halda, Suriya ordusunun hərbi bazaları, silah-sursat anbarları və radiolokasiya stansiyalarının (RLS) vurulması təklif edilir.

Alternativ olaraq, ABŞ prezidentinə Suriyada müxalifət güclərinə daha müasir silahların verilməsi təklif edilə bilərlər. Ancaq bu silahlar arasında daşınabilən zenit-raket komplekslərin olacağı güman edilmir. Vaşinqton bu silahların Qərb ölkələrinin sərnişin təyyarələrinə qarşı istifadə oluna biləcəyindən ehtiyat edir.

Eyni zamanda mənbə iddia edir ki, Obama Suriya ordusunun bombalanması təklifini qəbul etməyəcək. Çünki bu, Rusiya ilə birbaşa qarşıdurmaya gətirib çıxara bilər. Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, ABŞ prezidenti bu məsələdə istənilən qərarın qəbulundan çəkinə bilər.

Daha əvvəl – oktyabrın 5-də “The Washington Post” qəzeti yazıb ki, Ağ Evdə Suriyanın hökumət qoşunlarına zərbələrin endirilməsinin müxtəlif variantları müzakirə edilir. Bu variantlardan biri də hərbi aerodromların uçuş-enmə zolaqlarının vurulmasıdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR